"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Emin Eyvazov: “ilk növbədə bələdiyyələrə tövsiyəm odur ki...”

--2018-10-11 / 19:07

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Sumqayıtda Hüseyn ərəblinski adına Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov sayca 11-ci dəfə keçiriləcək “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb.

O, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının “Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşularaq hər il bələdiyyələrə belə tədbirlərin keçirilməsini tövsiyə etməsinin yaxşı ənənəyə çevrildiyini deyib.

Sektor müdiri bugünkü tədbirin bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımları ölkə başçısı ilham əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib:

“ilk növbədə bələdiyyələrə tövsiyəm odur ki, yerli vergilərin yığımının yaxşı təşkilini bundan sonra da davam etdirsinlər, ikincisi vergilərdən əldə olunacaq vəsaitlərin əhalinin sosial sifarişlərinin yerinə yetirilməsinə yönəltsinlər, üçüncüsü isə “Yerli demokratiya həftəsi”ndə məzmunlu tədbirlərin keçirilməsini təmin etsinlər. Bu gün elə etmək lazımdır ki, insanlar bilsin ki, siz bələdiyyələr hansı işləri görürsünüz. Bu baxımdan bələdiyyələr də yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. Həftə ərzində keçirdiyiniz görüşlər formal xaakter daşımamalıdır. Sakinlərdə belə bir inam yaratmalısınız ki, onların qaldırdıqları məsələlər sizin daim diqqətinizdədir”

Belediyye.info

ŞƏRHLƏR